Dortmund “Borussiya”sının futbolçusu Tomas Dileyni karyerasını “Sevilya”da davam etdirəcək.

Əndəlüslülər danimarkalı yarımmüdafiəçiyə görə bundesliqa təmsilçisinə 5,5 milyon avro ödəyəcək. Dileyni yeni klubu ilə 3 illik müqavilə imzalayacaq. Xatırladaq ki, ötən mövsüm Tomas “Borussiya”nın heyətində keçirdiyi 34 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu yay Avropa çempionatında Danimarka millisinin heyətində də bir qol vurub.