Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsində oyunlara yekun vurulur. Cavab qarşılaşmalarının ən maraqla gözlənilən oyunlardan birində Ukrayinanın “Şaxtyor”  və  Fransaının “Monako”  klubları üz-üzə gələcəklər. İlk oyunda 0:1 məğlub olan fransızlar cavab qarşılaşmasında geriliyi aradan qaldırmaq niyyətindədirlər. Qonaqların baş məşqçisi Niko Kovaç oyunöncəsi mətbuat konfransında “Geriliyi aradan qaldırmaq üçün aktivlərində 90 dəqiqə olduğunu və azarkeşlərini sevindirmək üçün əllərindən gələni edəcəklərini” bildirib.

Digər qarşılaşmasında Xorvatiyanın Dinamo Zaqreb kollektivi səfərdə 3:0 məğlub olduqları Moldova “Şerif”ini qəbul edəcək. Oyun öncəsi ən diqqətçəkən məqamlardan biri meydan sahiblərinin 5 əsas oyunçusunun zədə səbəbindən bu matçı buraxmasıdır.

 Günün 3-cü görüşündə isə Danimarka və Avstriya çempionları “Brondbü”  və “Zaltsburq” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. İlk qarşılaşmada 2-1 məğlub olan Danimarka  çempionu cavab matçında geriliyi aradan qaldıraraq uzun fasilədən sonra avrokuboklarda çıxış etək niyyətindədirlər. Komandaların son durumuna gəlincə isə  “Brondbü” ardıcıl 9 oyundur qələbə qazana bilmirsə, “Zaltsburq”  əksinə olaraq ardıcıl 9 matçdır ki, meydanı qalibiyyətlə tərk etməsi diqqət çəkən məqamlardandır.

Xatırladaq ki,  Çempionlar Liqasında qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.