"Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində üçüncü oyununu keçirib.
Azərbaycan çempionu F qrupunun sonuncu matçında Latviyanın "Raba" kollektivi ilə üz-üzə gəlib. Görüş komandamızın 8:4 hesablı qələbəsi ilə başa çatıb.
Naxçıvan klubunun heyətində Maneka, Xətai Bağırov və Ramiz Çovdarov dubl edib. Digər qolları isə Pereyra Qonçalves Dos Santos və İsa Atayev vurub.
Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Araz Naxçıvan" F qrupunu Finlandiyanın “Kampuksen Dinamo” komandasından sonra ikinci pillədə başa vurub. Bununla da futzalçılarımız UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıblar. “Araz”ın rəqibləri avqustun 30-da keçirilən püşkatmada müəyyənləşəcək.