Valtteri Bottasın “Mersedes”dəki gələcək taleyi hələ də sual altındadır.
Almaniya komandası finlandiyalı pilota yeni müqavilə təklif etməyə tələsmir. Amma Bottas iş yerini dəyişmək fikrində deyil. Mətbuata açıqlama verən Valtteri Lüis Hemiltonun ona dəstək verdiyini söyləyib: “Bəli, Lüis məni komandada görmək istəyir və bunu mənim özümə də söyləyib. Biz yenidən birgə mübarizə aparmağa hazırıq. Amma məsələ ondadır ki, pilotlar qərarlara elə də ciddi təsir göstərmək gücündə deyil. Son qərarı rəhbərlik qəbul edəcək” Xatırladaq ki, 11 Qran-pridən sonra Lüis Hemilton yarışa liderlik edir. Bottas komanda yoldaşından 87 xal geridədir.