“Arsenal”ın braziliyalı futbolçusu Villian karyerasını vətənində davam etdirə bilər. 

33 yaşlı yarımmüdafiəçini transfer etmək üçün “Korintians” London klubuna təklif ünvanlaylıb. Bəzi mənbələrin yazdığına görə, “Arsenal” futbolçusu ilə müqavilənin pozmağa da hazırdır. Amma braziliyalı futbolçu Avropanı tərk etmək istəmir. Sadəcə, “Korintians” ona daha sərfəli təklif ünvanlayıb. Xatırladaq ki, ötən mövsüm “Arsenal”ın heyətində 37 oyun keçirən Villian 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.