UEFA 2020/2021-ci illər mövsümü üçün ilin ən yaxşı kişi, qadın futbolçusu və baş məşqçisi adına namizədləri açıqlayıb. Kişilərin siyahısında İngiltərə klublarının oyunçuları qəraraşıb. Bunlardan ikisi ötən mövsüm Çempionlar Liqasının qalibi olmuş "Çelsi"ni, biri isə digər finalçı "Mançester Siti"ni təmsil edir. Ən yaxşı kişi futbolçu adına namizədlər Kevin De Bröyne, Jorjinyo və N Qolo Kantedir.

Qadın futbolçular arasında ilin ən yaxşısı olmağa namizədlər isə “Barselona”nın oyunçuları Cennifer Ermoso, Like Martens və Aleksiya Putelyasdır

Siyahıda "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola, onun İtaliya millisindəki həmkarı Roberto Mançini və "Çelsi"yə başçılıq edən Tomas Tuxelin adı var. Qaliblərin adları avqsutun 26-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.