“Red Bull”un baş məsləhətçisi Helmut Marko qəzalara görə reqlamentdə xərc məsələləri ilə əlaqədar dəyişiklik edilməsini istəyib: “Son iki qran-pridə qəzalar bizi 3 milyon dollar geri salıb. Bu çox böyük məbləğdir və onun təsirini hiss edəcəyik. Belə hallar çempionluq uğrunda mübarizənin gedişinə təsir göstərir. Məncə, bu məsələdə reqlamentə yenidən baxılmalıdır”.