“Liverpul” növbəti mövsüm PSJ-nin ulduz futbolçusu Kilian Mbappeni transfer etməyə çalışacaq.
Qırmızılar 22 yaşlı hücumçunu azad agent kimi kluba cəlb etmək istəyirlər. Əlavə edək ki, fransalı forvardın hazırkı komandası ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Futbolçu parislilərin 6 illik yeni sözləşmə təklifinə də müsbət cavab verməyib. “Liverpul” bu keçidin həyata keçməsi üçün Madrid “Real”ı ilə yarışacaq.