“Mançester Siti” “Tottenhem”in hücumçusu Harri Keyn transferində israrlıdır.
Klubun baş məşqçisi Pep Quardiola da futbolçu ilə razılığın ən qısa zamanda əldə olunmasını istəyir. “Şəhərlilər” İngiltərə millisinin kapitanı üçün 120 milyon funt sterlinqdən keçməyə hazırdır. Keynin “Mançester Siti” ilə liqa matçının heyətində yer almaması şübhələri daha da artırır. “Tottenhem”in hansı qərarı verəcəyi maraqla gözlənilir.