“Ferrari”nin sabiq pilotu Mixael Şumaxerin müalicəsi davam edir.

Müntəzəm olaraq bu məsələ ilə bağlı ictimaiyyəti məlumatlandıran Beynəlxalq Avtomobil Federasiyası prezidenti Jan Todt növbəti dəfə açıqlama verib. O, 7 qat dünya çempionun səhhətində irəliləyiş olduğunu söyləyib. “Ferrari”nin sabiq rəhbərinin sözlərinə görə 8 il əvvəl xizəklə dağdan sürüşərkən yıxılan Şumaxerin bərpa prosesi ləng getsə də,  vəziyyət yaxşılığa doğru dəyişir.