“Monako” UEFA Çempionlar Liqasında pley-ofa çıxmaqda çətinlik çəkməyib. “Knyazlıq klubu” Praqada “Sparta”nı 2:0 hesabilə məğlub edəndən sonra cavab matçında da qələbə qazanıb. Görüşdə bütün qollar 2-ci yarıda vurulub. Əvvəlcə 50-ci dəqiqədə Jelson Martinş fərqlənib. Az sonra Aleksandr Qolovin 2-ci topu qonaqların qapısından keçirib. 78-ci dəqiqədə David Moberq Karlson fərqi azatlsa da, çox keçmədən Sofyan Diopun “Slaviya”nı yenidən məyus edib. Bu, qarşılaşmada vurulan sonuncu qol olub. “Monako” – “Sparta” 3:1. Beləliklə Fransa klubu 2 oyunun yekununa əsasən 5:1 hesablı qələbə sayəsində pley-ofa vəsiqə qazanıb.

Niderlandda “Midyulland”ın qapısından 3 cavabsız top keçirən PSV səfərdə minimal hesabla qalib gəlib. Yeganə qol sona yaxın vurulub. Bruma Eyndhoven klubunun qələbəsini təmin edib.