Rumıniyanın Yassı şəhərində qadın şahmatçıların Avropa çempionatı keçirilir.

Qitə turnirində ölkəmizi 10 şahmatçı təmsil edir. Komandamızın üzvlərindən 6-sı ilk turu qələbəylə başa vurmuşdusa, 2-ci turda 7 idmançımız müvəffəqiyyət əldə edib. Günay Məmmədzadə ispaniyalı rəqibini məğlub edib. Gülnar Məmmədova Ukrayna, Xanım Balacayeva Belarus, Türkan Məmmədyarova rumıniyalı şahmatçıdan üstün olub. Bundan başqa Xəyalə Abdulla  Gürcüstan, Ayan Allahverdiyeva İtaliya, Nəsrin Babayeva isə Yunanıstan idmançısına gücünü göstərib. Şahmatçılarımızdan Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva heç-heçə edib. 1-ci turda qalib gələn Zeynəb Məmmədyarova isə uduzub.

Ümumi mükafat fondu 60 min avro olan Avropa çempionatı avqustun 21-dək davam edəcək. Qalib gələn şahmatçı dünya kuboku turnirində yarışmaq hüququ qazanacaq. Qeyd edək ki Avropa çempionatında 29 ölkədən 117 şahmatçı mübarizə apararır.