Ruslan Abışov, Filip İvanoviç və Bəhlul Mustafazadənin gedişindən sonra müdafiəçi axtarışına çıxan “Sabah” klubu İran millisinin üzvü Xoca Xəlilzadəni transfer edə bilər.

Ölkəsində bir neçə klubda çıxış edən 32 yaşlı mərkəz müdafiəçisi ötən il “Perspolis”dən Qətərin “Əl-Rəyyan” klubuna keçib. Xəlilzadənin qətərlilərlə müqavilə müddəti gələn ilin yayında başa çatsa da, iranlı futbolçu orada qalmaq istəmir. Qeyd edək ki, Xoca Xəlilzadə bu il İran millisinin heyətində Dünya çempionatının seçmə mərhələsinin bir neçə oyununda meydana çıxıb.