Runımiyada qadın şahmatçıların Avropa çempionatı keçirilir.

Yarışda 29 ölkədən 117 şahmatçı mükafatlar uğrunda mübarizə apararır. Ölkəmizi turnirdə 10 şahmatçı təmsil edir. Komandamızın üzvlərindən 6-ı ilk görüşünü qələbə ilə başa vurub. Günay Məmmədzadə ermənistanlı rəqibini məğlub edib. Bundan başqa Gülnar Məmmədova Slovakiya, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva Rumıniya, Zeynəb Məmmədyarova İtaliya şahmatçısına qalib gəlib. Xanım Balacayeva isə  komanda yoldaşı Ayan Allahverdiyevadan üstün olub.  Türkan Məmmədyarova və Xəyalə Abdulla  Avropa çempionatına heç-heçə ilə başlayıb. Türkan israilli,  Xəyalə isə rumıniya rəqibi ilə xalı yarı bölüb. İlk turda komabndamızın yalnız bir üzvü məğlub olub. Nəsrin Babayeva yerli şahmaçı ilə bacarmayıb. ümumi mükafat fondu 60 min avro olan Avropa çempionatı avqustun 21-dək davam edəcək. Yarışın qalibi dünya kubokunda yarışmaq hüququ əldə edəcək.