Fransa çempionatında ilk tura yekun vurulub. Çempion “Lill” Mets səfərindən xal itkisi ilə qayıdıb. Yerli komandanın qonağı olan “Lill” qarşılaşmaya daha yaxşı başlayıb. 23-cü dəqiqədə Yusuf Yazıcının ötürdüyü topu Sven Botman qapıya yönəldib. Fasiləyədək üstünlüyünü artıran meydan sahibləri hesabı xeyrlərinə dəyişiblər. Yarım saatın tamamında Fabien Santonz tarazlığı bərpa edib. 10 dəqiqə sonra isə Mattyö Yudol komandasını irəli çıxarıb. İkinci hissədə də təşəbbüsü əldən verməyən “Metz” futbolçuları fərqi artırıblar. 52-ci dəqiqədə ilk qolun müəllifi Fabien Santonz dubl etməklə diqqət çəkib. 3:1. Lakin qələbə hesabını qorumaq mümkün olmayıb. Bubakar Kuyate birbaşa qırmızı vərəqə almasından sonra təşəbbüsə yiyələnən qonaqlar bərabərliyi təmin ediblər. Əvvəlcə Conatan İkone fərqi azaldıb. İkinci yarıya artırılan 6-cı dəqiqədə Burak Yılmaz komandasını məğlubiyyətdən xilas edib. “Metz” – “Lill” 3:3.
“Lill”dən fərqli olaraq “Olimpik” Marsel isə səfərdə uğurla çıxış edib. “Monpelye” ilə üz-üzə gələn “Liman şəhəri” futbolçuları 3-cü dəqiqədə meydan sahiblərinin qapısına yol tapsa da VAR-a baxan hakim qolu qeydə almayıb. 30-cu dəqiqədə komandanın yarımmüdafiəçisi Luan Peres avtoqol müəllifi olaraq “Monpelye”ni irəli çıxarıb. Az sonra fərq iki topa yüksəlib. Qaetan Labord qapıya yol tapıb. Fasilədən sonra tamamilə təşəbbüsə yiyələnən Marsel futbolçuları 12 dəqiqə ərzində matçın taleyini həll ediblər. Əvvəlcə 68-ci dəqiqədə Cengiz Ünder qollardan birinin əvəzini çıxıb. Görüşün sonlarına yaxın isə Dmitri Payet dubl edərək komandasına 3 xalı qazandırıb. “Monpelye” – “Olimpik” Marsel 2:3.