Avrokuboklarda mübarizə aparan “Neftçi” qapıçı axtarışlarını davam etdirir.

Paytaxt təmsilçisi yaxın günlərdə Fransanın “Klermon” klubunun 19 yaşlılardan ibarət komandasının qapıçısı Eldar Tağızadəni heyətinə qata bilər. Son çempionun  18 yaşlı qapıçını icarəyə götürəcəyi ehtimal olunur. Qeyd edək ki, Eldar Tağızadə “Neftçi”nin yetirməsidir. 2019-cu ildə İspaniyanın “Market” klubuna keçən gənc qapıçı bu ilin əvvəlində “Klermon”la 2024-cü ilə qədər müqavilə imzalayıb.