Konfans Liqasında çıxış edən “Qarabağ” növbəi görüşünü keçirib.

Komandamız turnirin 3-cü təsnifat mərhələsində Kipin AEL komandasının qonağı olub. Görüşə Ağdam təmsilçisi daha yaxşı başlasa da zərbələrdə dəqiqlik çatmayıb. Fasilədən sonra hücumlarının kəsərini artıran  meydan sahibləri 69-cu dəqiqədə hesabı açıblar.  Qapıçı Şahruddin Məhəmmədəliyevin cərimə meydançasında rəqib futbolçuya qarşı kobud oyuna görə “Qarabağ”ın qapısına penalti təyin edilib. Stefan Tseçepoviç fürsətdən yararlanıb. Qoldan sonra irəli atılan Qurban Qurbanovun yetirmələri görüşün sonlarında istəylərinə nail olublar. İkinci hissəyə əlavə olunan 3-cü dəqiqədə  komandamızın əks hücumu qolla nəticələnib. Abdullah Zubirin zərbəsi qarşısı alınmaz olub. Bundan sonra meydanda xoşagəlməz hallar baş verib. Azarkeşlər və AEL klubunun bəzi nümayəndələri komandamızın üzvlərinin ünvanına qeyri etik ifadələr səsləndiriblər. Bu da “Qarabağ”ın üzvlərinin haqlı etirazına səbəb olub.  təxminən 16 dəqiləlik fasilədən sonra görüş davam etdirilib və matçın qalan vaxtında hesab dəyişməyib: AEL- “Qarabağ” 1:1. 

Bu komandalar arasında cavab qarşılaşması avqustun 12-də keçiriləcək . Tofiq Bəhramov Adına Respublika Stadionundakı gprüş saat 20-də başlayacaq.