“Qarabağ”  UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizəyə başlayır.  Komadamız mərhələnin ilk görüşündə Kiprdə AEL-lə qarşılaşaacaq.  Qarşııaşamadan əvvəl açıqlama verən baş məşqçi Qurban Qurbanov maraqlı komandaya qarşı mübarizə aparacaqlarını deyib. Futboçularının daha daha diqqətli oynamalarının vacibliyini qeyd edən təcürbəli matça tam hazır olduqlarını bildirib:  ""Maraqlı komandaya qarşı oynayacağıq. AEL-in heyətində yüksək səviyyəli futbolçular olsa da, Limassol təmsilçisi komanda oyunu sərgiləyir. Mənim üçün bu cür rəqibə qarşı oynamaq maraqlıdır".

Komandamız Kiprlə itkilərə yollanıb.  "Köhlən atlar"ın heyətində müdafiəçilər - Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov Limassol təmsilçisinə qarşı oynamayacaq. Əvəzində yeni transferlər - Bəhlul Mustafazadə, Riçard Almeyda və Qaspar Panadero Zamora qarşıdakı oyuna sifariş edilib.

Qeyd edək ki,   Larnaka şəhərindəki "AEK Arena"da  görüş Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Qarşılaşmanı isveçli referi Qlenn Nyuberq idarə edəcək.