UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi”-HİK oyununun birinci hissəsi başa çatıb.
Komandaların cəhdlərinə baxmayaraq birinci hissədə hesab açılmayıb.
Matçda “Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib. Qarşılaşmanın 17-ci dəqiqəsində qolkiper Kamran İbrahimovla əvəzlənib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustuna 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibinə rəqib olacaq.