“Tottenhem”də Harri Keyn müəmması davam edir.
İstirahət müddəti başa çatan forvard komandanın məşqinə qatılmayıb. O, klub rəhbərliyindən transferinə icəza verilməsinə istəsə də, buna nail olmayıb. Lonon təmsilçisinin Keyni buna görə cərimələyəcəyi bildirilir. Britaniya mətbuatında klubun prezidenti Danilel Levinin Keynlə görüşəcəyi xəbəri yayılıb. Xatırlarladaq ki, ingilis hücümçu “Mançester Siti”yə keçmək istəyindədir. “Şəhərlilər” buna görə 100 milyon funt-sterlinq ödəməyə hazırdırlar. Amma Daniel Levi bu transferdən daha çox qazanmaq niyyətindədir.