Rusiya Premyer liqasında 2-ci tura tura yekun vurulub.

İlk turda Samarada “Krılya Sivetov”a qalib gələn “Axmat” bu dəfə “Soçi”ni qəbul edib. Görüşün əvvəldə stadionda maraqlı hadisə başa verib. “Axmat Arena”ya daxil olan ilan matçda müəyyən fasiləyə səbəb olub. Stadion əməkdaşlarının ilanı ərazidən uzaqlaşdırmasından sonra görüş davam etdirilib. İlk yarı fəallıq nümayiş etdirən Soçi 26-cı dəqiqədə istəyinə çatıb. Cərimə zərbəsindən sonra topu uzaqlaşdrımaq istəyən Daniil Utkin avtoqol müəllifi olub. Birinci hissə qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra da hücumlarını davam etdrən “Soçi” futbolçuları 59-cu dəqiqədə yenidən fərqləniblər. Kristian Noboadan əla ötürmə alan Marko Duqanciç hesabı artırıb. “Axmat”ın gücü isə yalnız bir qola çatıb. Görüşün sonlarında Qabriyel Yanku qonaqların qapısına yol tapsa da, bu heç nəyi dəyişməyib. Axmat – Soçi 1:2.