“Gold Cup” turnirinin həlledici qarşılaşmasında Amerika Birləşmiş Ştatları seçməsi ilə Meksika yığması üz-üzə gəlib.

Oyunun ilk hissəsində tərəflər bir neçə dəfə fərqlənməyə yaxın olsalar da hesab açılmayıb. İkinci hissədə də tablodakı sıfırlar dəyişməyincə qalibin adına əlavə vaxtda aydınlıq gəlib.  117-ci dəqidə amerikalıların heyətində Maylz Robinson dəqiq zərbə ilə komandasını çempion edib . Meksika üzərində minimal hesabla qələbə qazanan Amerika Birləşmiş Ştatları komandası bununla da tarixində 7-ci dəfə “Qızıl Kuboku” muzeylərinə aparıb.