Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb.

Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Telavi” komandası ilə qarşılaşıb. Gürcüstan təmsilçisi ilə görüş “Sabah”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bakılıların yeganə qolunu Abdulla Xaybulayev vurub. “Sabah” bundan əvvəl Gürcüstan toplanışında “Şukura”nı 1:0 hesabıyla məğlub edib. Komanda digər matçda “Samqurali”yə eyni hesabla uduzub.