UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda keçirilən “Qarabağ” (Azərbaycan) - “Aşdod” (İsrail) matçının birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü ukraynalı hakim Sergey Boyko idarə edir.
Komandalar arasında cavab oyunu bir həftə sonra İsraildə təşkil olunacaq.