Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubu ikinci təsnifat mərhələsinin ilk görüşündə qələbə qazanıb.

Estoniyanın “Flora” klubu ilə üz-üzə gələn polşalılar 3-cü dəqiqədə rəqibi məyus ediblər. Bartoş Kapustkanın zərbəsi qarşısıalınmaz olub. Fasiləyədək üstünlüyünü qoruyan “Legiya” ikinci hissənin əvvəlində qapısında qol görüb. 53-cü dəqiqədə Rauno Sapinnen komandasını ümidləndirib. Az sonra matç ərizdə inamlı oyunu ilə yadda qalan Mahir Emreli komanda yoldaşı Jozue ilə əvəzlənib. Təşəbbüsü əldən verməyən “Legiya” ikinci hissəyə artırılan dəqiqələrdə qələbə qolunu vurmağa nail olub. Rafael Lopeş mübarizəyə nöqtə qoyub: “Legiya” – “Flora” 2:1.