Fransada “Tur de Frans” velomarafonu keçirilir.

19-cu turda iştirakçılar 207 km məsafə qət ediblər. Sloveniyalı Matey Mohoriç finiş xəttini bütün rəqiblərindən tez keçib. O, 4 saat 19 dəqiqə 17 saniyə nəticə göstərib. Fransalı Kristof Laport 2-ci olub. İlk üçlüyü isə Danimarka idmançısı Kasper Pedersen tamamlayıb. Ümumi yarış cədvəlinə sloveniyalı Tadey Poqaçar başçılıq edir. O, 79 saat 40 dəqiqə 9 saniyə nəticə ilə birincidir. Danimarkalı Yonas Vinqeqard liderdən 5 dəqiqə 45 saniyə geri qalır. Ekvadorlu Riçard Karapas isə 3-cü yerdədir. 21 turdan ibarət Tur de frans velomarafonu iyulun 18-də başa çatacaq.