Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir. 

 Təmsilçimiz Günay Məmmədzadə turnirin 1/32  final mərhələsində cavab oyununu keçirilib. O, sloveniyalı Laura Unuka 1,5:0,5  hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. Yarışdakı digər şahmatçılarımız - Şəhriyar Məmmədyarovun braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasovun ermənistanlı Şant Sarqsyan, Vasif Durarbəylinin rusiyalı Aleksandr Predke, Gülnar Məmmədovanın isə gürcüstanlı Lela Javakişvili ilə oyunları heç-heçə başa çatıb. Onlar qalibi müəyyənləşdirmək üçün  tay-brekdə mübarizə aparacaqlar. Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.