“Sabah” yay təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Tbilisidə hazırlıq keçən komanda “Zestafoni” təlim-məşq bazasında ilk məşqinə çıxıb. “Sabah” Gürcüstan toplanışında 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyulun 20-də “Şukura”, 3 gün sonar “Samqurali”, iyulun 28-də isə “Saburtalo” ilə qarşılaşacaq. Yeri gəlmişkən, “Sabah”da yeni məşqçi təyinatı reallaşıb. Klub ispaniyalı fiziki hazırlıq üzrə məşqçi David Madurqa Dieslə müqavilə bağlayıb. Madurqa məşqçi kimi İspaniyanın “Saraqosa”, “Konkense” , “Deportivo San Fernando” və “El Exido” klublarında çalışıb. İspaniyalı mütəxəssis UEFA-nın PRO kateqoriyasına malikdir.