Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirib.
Paytaxt klubu fransalı futbolçu Romen Baskı transfer edib. 26 yaşlı müdafiəçi ilə 2 il müddətinə müqavilə bağlanılıb. O, yeni komandasının heyətində 14 nömrəli formanı geyinəcək. Romen Bask Fransanın “Keviyi Ruan” və “Havr” klublarında çıxış edib. Son mövsümdə “Havr”ın heyətində 31 oyun keçirib, 3 qol vurub. Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suareş və Xəyal Nəcəfovu transfer edib.