“Qarabağ” Avstriya toplanışında sonuncu yoxlama matçına çıxıb.

Ağdam klubu Almaniya bundesliqası komandası “Auqsburq”la üz-üzə gəlib. “Köhlən atlar” Patrik Andradenin 26-cı dəqiqədə vurduğu qol sayəsində önə çıxıblar. Çox keçmədən Xayme Romero “Qarabağ”ın üstünlüyünü möhkəmlədib. Lakin fasiləyə kimi tarazlıq bərpa olunub. 37-ci dəqiqədə Cefri Xaveleu penaltini dəqiq yerinə yetirib. Hissənin tamamında Florian Nidrlexner hesabl bərabərləşdirib. Fasilədən sonra başqa qol olmayıb. Qarabağ - Auqsburq 2:2. Xatırladaq ki, Qurban Qurbanovun komandası bundan əvvəl Sofiya CSKA-sını 1:0 hesabilə məğlub etmiş, Tula “Arsenal”ına  isə eyni hesabla uduzmuşdu.

UEFA Konfrans Liqasında mübarizə aparan “Qarabağ” mövsümdə ilk oyununu İsrailin “Aşdod” kollektivinə qarşı keçirəcək. İlk matç iyulun 22-si Tofiq Bərhamov adına Respublika stadionunda  olacaq. Artıq biletlər də satışa çıxarılıb. Qiymətlər 3 və 30 manat aralığında dəyişir. Qeyd edək ki, stadiona 15 min tamaşaçı buraxılacaq.