UEFA Çempionlar Liqasının 1-ci təsdnifat mərhələsinin ilk matçında Gürcüstanın “Dinamo “Tbilisi komandasını 2:1 hesabı ilə məğlub edən “Neftçi” cavab görüşünə çıxıb.
Gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb. Əsas hadisələr fasilədən sonra yaşanıb. Nisbətən üstünlüyə yiyələnən gürcülən istəklərinə çatıblar. Komandamızın qapısı qarşısındakı qarışıqlıqda Mamadu Mboc kobud səhvə yol verib. Nəticədə qonaqlar hesabı açıblar. Milan Radin topu qapıdan keçirib. UEFA-nın səfər qolunun qaydasını ləğv etdiyini nəzərə alsaq, bu hesab komandaları əlavə hissələrə çıxara bilərdi. Amma ruhdan düşməyən “ağ-qaralar” buna imkajn verməyiblər. Çox keçmədən Sezar meza Kollinin səyi nəticəsində “Neftçi” penalti imkanı əldə edib. Komandanın kapitanı Emin Mahmudov rəqib qapıçı ilə dueldə qalib gəlib. 1-1. Təşəbbüsü əldən verməyən təmsilçimiz 10 dəqiqə sonra rəqibini yenidən mərkəzə dəvət edib. “Neftçi”nin ən sərrast futbolçusu Namiq Ələsgərov hesabı 2-1 edib. Beləliklə, hər iki oyunda eyni hesabla qələbə qazanan “Neftçi” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib. Komandamızın bu mrəhələdəki rəqibi Yunanıstanın “Olimpiakos” klubudur. İkinci mərhələnin ilk görüşü Yunanıstanda Bakı vaxtı ilə saat 23-də olacaq.