"Neftçi" UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab oyununa  çıxacaq. Gürcüstanın paytaxtında Tbilisi  "Dinamo"sunu 2:1 hesabilə məğlubiyyətə uğradan “Ağ-qaralar” rəqiblə bu dəfə “Bakcell Arena”da üz-üzə gələcək. 

Samir Abasov oyundan əvvəl təşkil olunan ənənəvi mətbuat konfransında komandanın yenə uğurlu nəticə qazanmaq üçün bütün gücünü səfərbər edəcəyini bildirib: "Hansı ajiotajda oynayacağımızı bilirik. Rəqib öz gücünü ilk oyunda göstərdi. "Dinamo" çempionatda 17 oyun keçirib. Tam hazır vəziyyətdədir. Bu da bizə çətinlik yaratdı. Nəticə yaxşı olsa da, oyunumuz alınmadı. Bunu düzəltməyə çalışacağıq. Artıq səfər qolu qaydası ləğv olunub. Öz oyunumuza arxalanmalıyıq".

Azərbaycanlı futbol həvəskarlarının “İnter” klubundan yaxşı tanıdlğı hazırda isə Tbilisi “Dinamo”suna rəhbərlik edən Kaxaber Sxsdadze iddialı danışıb. O, ilk görüşdə məğlub olmalarına baxmayaraq təkrar matça ciddi nizamlanaraq lazımi nəticəni qazanacaqlarını deyib: “Yenidən Azərbaycanda olmaq çox gözəl hissdir. Bakını dünyanın ən gözəl şəhərlərindən biri hesab edirdim. Fikrim dəyişməyib. Matça gəlincə, Tbilisidə rəqibin qapısına 8 zərbə endirdik. Qapıçı 7 qurtarışla fərqləndi. Yəni “Neftçi”dən daha üstün oynasaq da, effektlilik aşağl səviyyədə idi. Bu dəfə yaradacağımız fürsətlərdən daha yaxşı yararlanacağımızı hesab edirəm. qələbə qazanaraq 2-ci təsnifat mərhələsinə çəxacağımıza inanıram”. 

"Baksell" Arenada keçirilən "Neftçi" – "Dinamo" qarşılaşması bu gün saat 21-də başlayacaq.  Qeyd edək ki, uzun fasilədən sonra  tribunalara azarkeşlər buraxılacaq. 11 min tamaşaçı tutan stadionun 50 faizi üçün biletlər satışa çıxarılıb. 

Görüşü Dimitru Munteanın rəhbərliyilə moldovalı hakimlər briqadası idarə edəcək.