“Neftçi” ilə yollarını ayıran Cabir Əmirlinin yeni klubu bəlli olub.

AZƏRTAC xəbər verir ki, 24 yaşlı müdafiəçi “Səbail”ə keçib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

C.Əmirli yeni komandasında 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, futbolçu daha əvvəl “Keşlə” və “Neftçi” klublarında çıxış edib. Bu ilin yanvarından mövsümün sonunadək icarə əsasında “Sumqayıt”da çıxış edən futbolçu 2021/2022-ci il mövsümündə “Səbail”in uğurları üçün çalışacaq.