“Vilyarreal” Karlos Bakka ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, kolumbiyalı oyunçunun sövdələşməsi 2022-ci ilin yayına qədər idi. Təcrübəli hücumçu 2017-ci ildən “Vilyarreal”da oynayırdı. O, komandanın heyətində 145 matçda 43 qolla fərqlənib. 34 yaşlı oyunçu ötən mövsüm La Liqada rəqib qapılarına 5 dəfə yol tapıb. “Milan” və “Sevilya” kimi kollektivlərin də şərəfini qorumuş Bakka 2018-ci ilə qədər Kolumbiya seçməsinə də dəvət olunurdu.