"Qarabağ" daha bir futbolçunu heyətinə qatmağa yaxındır.

Portuqaliya mətbuatı xəbər verir ki, Ağdam təmsilçisi qanalı hücumçu Abdul-Aziz Yakubu il razılıq əldə edib. Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusunun "Qarabağ"la 4 illik müqavilə imzalayacağı bildirilib. 23 yaşlı hücumunun keçidi üçün xırda detalların həll olunması qalıb. Qeyd edək ki, Abdul-Aziz Yakubu ötən mövsümü icarə əsasında “Eştoril”də keçirib.