“Qarabağ” transfer çalışmalarını davam etdirir. 

Ağdam klubu yeni mövsüm öncəsi müdafiənin sol cinahını əcnəbi futbolçu ilə gücləndirmək niyyətindədir. Klubun maraqlandığı futbolçulardan biri də Boyan Letiçdir. “Qarabağ” La Liqa-2 təmsilçisi “Mirandes”də çıxış edən bosniyalının transferi üçün təzminat ödəmək fikrində deyil. 29 yaşlı oyunçu “Mirandes”də əsas heyət üzvü olmadığından, ispanlar onun gedişinə mane olmayacaq. Qeyd edək ki, Bosniya və Herseqovinanın U-21 yığmasının sabiq üzvünün “Mirandes”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.