Bu gün Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasında mübarizəyə başlayır. Təmsilçimiz Tbilisinin “Dinamo” komandası ilə qarşılaşacaq.

Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının 2021/2022-ci illər mğövsümündə mübarizəyə başlayır. I təsnifat mərhələsində Rəqib Tbilisinin “Dinamo” komandasıdır. "ağ-qaralar" 7 ildən sonra qitənin ən nüfuzlu klub turnirində qüvvəsini sınayacaqlar. Baş məşqçi Samir Abasov görüşöncəsi mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib: "Uzun müddətdən sona “Neftçi”ni, Azərbaycanı bu cür turnirdə təmsil etmək “Neftçi” ailəsi üçün qüruruvericidir və şərəfdir. Yalandan danışmayım, oyundan əvvəl üstümüzdə gərginlik var. Bu da turnirin böyüklüyündən irəli gəlir. Bu cür mötəbər turnirdə məşqçi kimi iştirak etmək fəxrdir".

Qeyd edək ki, Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20-də start götürəcək.Görüşü israilli FIFA referisi David Fuksman idarə edəcək. bu cütün qalibi II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək.