İyulun 1-2-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında açıq hava teatrı təşkil olunacaq.

Tamaşanın nümayişində məqsəd “Avro-2020” həyəcanını fərqli aspektdən göstərmək və hər kəsdə unudulmaz, xoş təəssürat yaratmaqdır.

Tamaşada danimarkalı yazıçı, “böyük nağılbaz” Hans Xristian Andersenin, xüsusilə, azyaşlı oxucular tərəfindən çox sevilən “Düyməcik” və “Qar kraliçası” əsərlərindən hissələr nümayiş olunacaq.

Personajları səhnədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları canlandıracaqlar.

İyulun 1-də və 2-də saat 21:00-da başlayacaq tədbir saat 23:00-dək davam edəcək.

Tamaşaya giriş ödənişsiz olacaq.