Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Xəbər verilir ki, İsveçrə yığmasi ilə qarşılaşan komandamız 5:8 hesabı ilə məğlub olub.
Millimizin qollarını Orxan Məmmədov (3), Comərd Baxşəliyev və Sabir Allahquliyev vurublar.
Komandamız qrupun son oyununda iyunun 23-də Estoniya yığması ilə üz-üzə gələcək.