Bakının “Neftçi” klubu ulduz futbolçusu Keysuke Honda ilə yollarını ayırıb. Kluba istinadla xəbər verilir ki, 35 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib. Bakı təmsilçisi yaponiyalı oyunçuya göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, bu ilin martında “Neftçi”yə keçən Keysuke Honda 7 oyunda 2 qol vurub.