İyunun 8-də “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin dördüncü turunun oyunları keçiriləcək.Rumıniyada təşkil olunan turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gələcəklər. Turun digər oyunlarında Rumıniya təmsilçisi Boqdan-Daniel Dyak rusiyalı Aleksandr Qrişuk ilə görüşəcək. Rumıniyalı digər şahmatçı Konstantin Lupulesku fransalı Maksim Vaşye-Laqrav, ABŞ təmsilçisi Fabiano Karuana həmyerlisi Uesli So, niderlandlı Aniş Giri isə erməni Levon Aronyan ilə mübarizə aparacaqlar. Qeyd edək ki, şahmatçılarımız ötən üç turu heç-heçə ilə başa vurublar. Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.