İtaliyanın "İnter" klubu çalışdırıcısı Antonio Konte ilə yolları ayırmaq qərarına gəlib. Komandanın rəsmi saytının açıqlamasına görə müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün Milan klubu - 52 yaşlı mütəxəssisə 7 milyon avro kompensasiya ödəməli olacaq. Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsə də, İstefaya səbəb kimi tərəflər arasındakı anlaşmazlıq göstərilir.
Xatırladaq ki, “İnter” maliyyə problemi yaşayır və klub daxili əməkhaqlarını azaltmaq niyyətindədir. Həmçinin, “neradzurri” 80 milyon avro dəyərində bir neçə futbolçusunu da satmağı düşünür.
Antonio Konte "İnter"ə 2019-cu ilin yayınddan İnteri çalışdırıb və bu il "qara-göylər"i - 11 ildən sonra İtaliya çempionu edib.