UEFA Avropa Liqasında final matçı keçirilib. Polşanın Qdansk şəhərində “Vilyarreal” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib. 

  29-cu dəqiqədə “Vilyarrral” futbolçuları hesabı açıblar. Dani Parexonun ötürməsindən sonra Jerar Moreno fərqlənib. İlk hissə elə bu nəticəylə başa çatıb. Fasilədən sonra “qırmızı şeytanlar” tarazlığı bərpa ediblər. 55-ci dəqiqədə Edinson Kavani topu boş qapıdan keçirib. Qol vurularkən ofsayd şübhəsi olsa da, VAR-a baxılandan sonra hər şeyin qaydasında olduğunu müəyyənləşib. Qalan vaxtda  “Mançester Yunayted” daha üstün görünüb. Amma 90 dəqiqədənin tamamında heç-heçə qeydə alınıb. Əlavə vaxtda da komandalar bir-birlərinin müqavimətini qıra bilməyiblər. Qalibi müəyyənləşdirməl üçün penalti seriyası təyin olunub. Meydan oyunçularının hamısı dəqiq zərbələrlə fərqləniblər. Finalın taleyini qapıçılar həll ediblər. Mançester klubunun qapıçısı David De Xeanın zərbəsindən sonra Vilyarrealın qolkiperi Xeronimo Rulyi topu dəf edərək komandasına tarixində ilk dəfə Avroliqa kuboku qazandırıb.

Unay Emeri baş məşqçi kimi çıxdığı 5-finalda 4-cü dəfə qələbəyə sevinib. İspaniyalı mütəxəssis bu göstəricidə rekordçudur. 2017-ci ildə avropa liqasında ilk dəfə çempion olan “Mançester Yunayted” isə ümumən 2-ci finalda uğursuzluq yaşayıb. “Vilyarreal” bu uğuru sayəsində növbəti mövsüm İspaniyanı UEFA Çempionlar Liqasında təmsil edəcək.