UEFA rəhbərliyi Super Liqada qalmaqda davam edən "Real Madrid", “Barselona” və “Yuventus”a qarşı intizam içi açıb.

Qurumunun rəsmi saytında yayımlanan xəbərdə belə bir qərarın etika və intizam məsələləri üzrə inspektorların apardıqları araşdırmalardan sonra qəbul edildiyi bildirilir. İş UEFA-nın normativ-hüquqi bazasının mümkün pozuntusu ilə əlaqədar qaldırılıb. Xatırladaq ki, aprelin 19-da İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "Çelsi" və "Arsenal", İspaniyanın "Barselona", "Real Madrid" və "Atletiko", həmçinin İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları Avropa Super Liqasının yaradıldığını açıqlayıblar. Azarkeşlərin sərt etirazları, FIFA və UEFA-nın sanksiya hədələrindən sonra Superliqada yalnız "Real Madrid", "Barselona" və "Yuventus" qalıb. BeynƏlxalq mediada bu klubları böyük miqdarda pul cəriməsi ilə yanaşı Çempionlar Liqasından uzaqlaşdırılmaq qərarı da gözlədiyi yayaılan xəbərlər arasındadır. Belə olan halda klublar idman arbitraj məhkəməsində hüquqlarını müdafiə edə biləcəklər. “Real” və “Barselona” Çempionlar Liqasından çıxarılsa onları “Betis” və “Real Sosyedad”, “Yuventus”u isə “Napoli”nin əvəzləyəcəyi də yayılan xəbərlər arasındadır. Yeri gəlmişkən əlavə edək ki, UEFA rəhbərliyi yeni mövsümdən Çempionlar Liqasının ümumi mükafat fondunu artırmağı planlaşdırır. Bunadək 1,95 milyard avro olan fond 2 milyard 32 milyon avroya çatdırılacaq.