Aqil Məmmədov daha 1 il «Neftçi»nin şərəfini qoruyacaq.

Klubdan verilən məlumata görə, qapıçı ilə sözləşmə gələn ilin yayınadək uzadılıb. Bununla yanaşı, komandanın lideri olan təcrübəli kiperin əməkhaqqısı da artırılıb. Qeyd edək ki, “Bakı” klubunun yetirməsi olan Aqil Məmmədov 2019-cu ildən “Neftçi”nin şərəfini qoruyur.