“Səbail” müqaviləsi başa çatan legionerlərdən biri haqda qərarını verib.
“Dənizçilər” Milovan Petroviklə yolları ayırıb. Bu ilin yanvarından ölkəmizdə çıxış edən yarımmüdafiəçinin sərgüzəşti beləcə qısa çəkib. 9 dəfə milliyə dəvət alan 31 yaşlı Milovan qış fasiləsində ölkəsində "Akademiya Pandev" klubundan təklif almasına baxmayaraq, Azərbaycana yollanmağı üstün tutmuşdu.