Sabah” müqavilə müddəti bitən futbolçusu Təmkin Xəlilzadə ilə yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qeyd edək ki, milli komandamızın da üzvü olan 27 yaşlı yarımmüdafiəçi 2018-ci ilin dekabr ayından "Sabah"da çıxış edirdi. Təmkin Xəlilzadənin yeni klubu da müəyyənləşib. O, "Zirə"də çıxış edəcək. Klubun rəsmi saytı futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.