Azərbaycanda futbol mövsümü başa çatıb.

Ölkə kubiku uğrunda final görüşündə “Keşlə” və “Sumqayıt” qarşılaşıb. Bank Respublika arenasında keçirilən matçda nominal qonaqlar erkən qolla fərqləniblər. “Keşlə”nin heyətində Miyuşko Boyoviç avtoqol müəllifi olub. Amma fasiləyə kimi hesab bərabərləşib. 37-vi dəqiqədə Şəhriyar Əliyev diqqət mərkəzinə düşüb. “Keşkə” fasilədən sonra hesabı xeyrinə dəyişib. İlk hissədə Avtoqol müəllifi olan Boyoviç bu dəfə rəqibi məyus edərək səhvini düzəldib. “Sumqayıt” futbolçuları qalan vaxtda nə qədər çalışsalar da, məğlubiyyətdən qurtula bilməyiblər. Bununla Sənan Qurbanov rəhbərlik etdiyi “Keşlə” tarixində ikinci dəfə ölkə kubokunu muzeyinə aparıb. “Sumqayıt” isə müvafiq turnirdə çıxdığı 2-ci finalda da məğlub olub.