İspaniya millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.
Baş məşqçi Luis Enrike təcrübəli futbolçular Serxio Buskets, Sezar Aspilikueta və Jordi Albanın əsas heyətdə olacağını vurğulayıb. Bundan başqa Fransanın aşağı yaş qruplarında oynasa da, İspaniya vətəndaşlığını qəbul edən Emerik Laport yığmada debüt edəcək. Ən maraqlısı isə odur ki, “Qırmızı Furiya”nın baş məşqçisi “Real” Madrid klubundan heç bir futbolçunu milliyə çağırmayıb. O, Serxio Ramos və Dani Karvaxalın zədə problemlərinə görə heyətə cəlb olunmadığını deyib. “Kral klubu”ndan Marko Asensio, Naço, Lukas Vaskes və İsko kimi oyunçuların adları da siyahıda yoxdur. Beləliklə tarixdə ilk dəfə “Real” Madriddən heç bir futbolçu Avropa Çempionatında İspaniya seçməsinin şərəfini qorumayacaq. Buna baxmayaraq Luis Enrike milli üçün ən yaxşı seçimləri etdiyini bildirib.
3 qat Avropa Çempionu İspaniya komandası E qrupunda İsveç, Polşa və Slovakiya seçmələri ilə mübarizə aparacaq. Hər üç matç İspaniyanın Sevilya şəhərində keçiriləcək.