“Sabah” Şimali Makedoniya millisinin U-21 yığmasının üzvü Nikola Serafimova təklif göndərib.  

Son klubu “Akademika Pandev” olan 21 yaşlı futbolçuya cəlbedici təklif göndərilsə də, o, dərhal qərar verməyə tələsməyib. Bu da mövsümün yenicə başa çatması ilə əlaqədardır. Sövdələşmə baş tutarsa, futbolçu “Sabah”a azad agent statusu ilə keçəcək. Belə ki, onun “Akademiya Pandev”lə müqaviləsi may ayının 30-da sona çatır. Ucaboy mərkəz müdafiəçisi Makedoniyanın gənclər yığmasında da 7 oyuna çıxıb.